12px13px15px17px
Tarix:16/11/12

Ucuz və güclü smartfon

“Android” platforması ilə işləyən “HTC Desire SV” smartfonunun əsas xüsusiyyətləri 2 ədəd SİM-kart, böyük ekran, məhsuldar ikinüvəli prosessor və əlverişli qiymətdir.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, smartfon 480x800 nöqtə təsvir ölçüsünə malik 4.3 düymlü “Super LCD 2” ekranla təchiz edilib. Ekran yüksək dayanıqlı “Gorilla Glass 2” şüşəsinə malikdir.

Aparat 1 QHs takt tezlikli “Qualcomm”dan “Snapdragon S4”-ün ikinüvəli prosessoru 1 QHs. Qurğu 768 MB əməli yaddaşa və informasiyanın saxlanılması üçün 4 QB daxili yaddaşa malikdir. İstəkdən asılı olaraq “microSD” standartlı əlavə kart satın almaqla daxili yaddaşı artırmaq mümkündür.

Aparat 8 meqapiksel kameraya malikdir, lakin yüksək keyfiyyətli video çəkə bilmir.Aparatın 130x68x10,7 millimetr, çəkisi 131 qramdır. “Android 4.0” (IceCream Sandwich) platforması quraşdırılıb.

EMİL




Baxış sayı: 3257

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024