12px13px15px17px
Tarix:19/11/12

Gəncədə yaradılacaq Olimpiya idman kəndi ən müasir informasiya texnologiyaları ilə təmin ediləcək

Yaxın vaxtlarda Gəncədə yaradılacaq Olimpiya idman kəndi ən müasir informasiya texnologiyaları ilə təmin ediləcək. Gəncə şəhər rabitə şəbəkəsində NGN texnologiyasının tətbiqi və stansiyalar arasında arabağlantının fiber-optik kabellərlə təmin edilməsi layihənin İT sahəsinin ən yüksək tələblər səviyyəsində həyata keçirilməsinə imkan verir. Ərazidə həmçinin simsiz internet şəbəkəsinə çıxış da mümkün olacaq.

  Gəncə şəhər icra hakimiyyətindən verilən məlumatda bildirilir ki, nəzərdə tutulan Olimpiya idman kəndinin inşası Gəncənin dünya səviyyəli yarışlara ev sahibliyi etməsinə, eləcə də paytaxt Bakıda təşkil olunacaq mötəbər yarışların bir hissəsinin Gəncədə keçirilməsinə geniş imkanlar açacaqdır. Bunun üçün şəhərdə möhtəşəm idman qurğularının, kortların, üzgüçülük hovuzunun, stadionun, qapalı arenaların, eləcə də ticarət mərkəzlərinin və sərgi salonunun yaradılması nəzərdə tutulub.





RƏVAN




Baxış sayı: 1072

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024