12px13px15px17px
Tarix:19/11/12

“AZAL” onlayn qaydada aviabilet alan sərnişinlərə müraciət etdi

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) onlayn qaydada aviabilet alan sərnişinlərə müraciət ünvanlayıb. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, müraciətdə bildirilir ki, kredit kartlarından istifadə zamanı dələduzluq hallarına yol verilməməsi məqsədilə uçuşlara qeydiyyat vaxtı qeydiyyatı həyata keçirən hava limanı əməkdaşlarının və ya aviaşirkətin rəsmi nümayəndələrinin tələbi ilə aviabiletlərin alınmasında istifadə edilmiş kredit kartının orijinalı yoxlanılmalıdır. Buna görə də “AZAL” xahiş edir ki, sərnişinlər kredit kartlarını yoxlama üçün təqdim etsinlər.

Qurumdan bildirilib ki, aviaşirkətin “www@azal.az” rəsmi web-saytı vəsitəsilə alınmış aviabiletin qaytarılması və ya həmin aviabiletdə uçuş tarixinin dəyişdirilməsi üçün +99412 5988880 telefon nömrəsi və yaxud “callcenter@swtravel.az” saytına müraciət edərək, sərnişinin pasportu və aviabiletin alınması üçün istifadə edilmiş kredit kartının skan surətlərini təqdim etmək lazımdır.






SEYMUR
 




Baxış sayı: 3872

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024