12px13px15px17px
Tarix:20/11/12

“Windows 8” kompüter bazarına heç bir təsir göstərmir

Şirkətlər ilin sonunadək “Windows 8” əməliyyat sistemi (ƏS) ilə işləyən yeni fərdi kompüterlərin (FK) satış həcminin aşağı olacağını proqnozlaşdırıblar.

“Topeka Capital Markets” analitik şirkətində çalışan mütəxəssislər əksər istehsalçıların tədarük həcmini araşdırıblar. Nəticədə məlum olub ki, ötən ayda yeni FK sifarişləri son 7 illə müqayisədə təxminən 2 dəfə az olub.

"Bizim “ODM Barometer” göstəricimiz oktyabrın yekununa görə 2 faiz artım qeydə alıb. Bu göstərici son 7 il ərzində 5 faiz təşkil edən orta statistik artımdan aşağıdır. Biz cari ildə də aylıq artımın təxminən 5 faiz təşkil edəcəyini gözləyirdik. Beləliklə, hazırda FK bazarında vəziyyət mürəkkəbdir" – “Topeka Capital Markets” şirkətinin analitiki Breyen Uayt bildirib.

“ODM Barometer” (ODM - original device manufacturer) brendlərin sifarişi, həm də şəxsi kanallar üzrə satışlar üçün FK yığan Asiya şirkətlərinin satışlarının ümumi indeksini təşkil edir.
Tədqiqat nəticəsinə əsasən, “Windows 8” ƏS hələlik İT bazara heç bir təsir göstərmir. İstehsalçı və satıcılar sifarişlərin həcmini yeni məhsullara tələbatın az olacağına görə artırmayıblar.
 
EMİL




Baxış sayı: 1518

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024