12px13px15px17px
Tarix:20/11/12

Müdafiə Sənayesi Nazirliyi Elektron Xidmətlər Portalına qoşulub

Müdafiə Sənayesi Nazirliyi “e-Gov” Elektron Xidmətlər Portalına qoşulub. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, MSN tərəfindən təqdim olunan ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə Xüsusi icazə verilməsi üçün müraciət forması portala inteqrasiya edilib.

Bu xidmət vasitəsilə ixrac nəzarətinə düşən mallar  üzrə Xüsusi icazə verilməsi üçün müraciət etmək mümkündür.

Müdafiə Sənayesi Nazirliyi tərəfindən verilən Xüsusi icazə - ixrac nəzarətinə düşən ikili təyinatlı malların və mülki dövriyyəsi məhdudlaşdırılmış  hərbi, silah, sursat və döyüş təyinatlı hərbi texnika istehsalı üçün avadanlıqların ixrac-idxal əməliyyatlarının həyata keçirilməsini əhatə edir.Fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulan interaktiv növlü e-xidmət ödənişsiz həyata keçirilir.




CAHANGİR




Baxış sayı: 1619

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024