12px13px15px17px
Tarix:20/11/12

Barmaq izlərini kağızdan da götürmək mümkün olacaq

Barmaq izləri istənilən cinayətin araşdırılmasında ən mühüm dəlildir. Təəssüf ki, onları istənilən səthdən götürmək mümkün deyil. Məsələn, barmaq izlərini kağız üzərində araşdırmaq onun məsaməliliyinə görə mümkün deyil. Lakin Qüds alimlərinin həlli bütün dünya kriminalistlərinə yardımçı olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki,  son 10 il ərzində onlar adi qəbzlər üzərində təcrübə aparıblar. Nəhayət, əksər hallarda barmaq izlərini kağızdan götürməyə imkan verən texnologiya hazırlaya biliblər.

Texnologiya daktiloskopiya sahəsində kiçik çevriliş edə bilər. Lakin texnologiyanın tətbiq qiyməti bahadır. Məsələ ondadır ki, kağızın ilkin hissəsini qızıl zərrəciklərindən ibarət xüsusi məhlulda emal etmək lazımdır, bundan sonra barmaq izlərini gümüş nitrat əsasında reaktiv vasitəsilə aydınlaşdırmaq mümkündür.




EMİL




Baxış sayı: 3376

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024