12px13px15px17px
Tarix:20/11/12

Azərbaycanın 32 ümumtəhsil məktəbində elektron jurnallardan istifadə olunur

Hazırda Azərbaycanın 32 ümumtəhsil məktəbində elektron jurnallardan istifadə olunur. Bu haqda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən məlumat verilib. Elektron jurnallardan istifadə edən məktəblər  “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “Elektron məktəb” layihəsinin iştirakçılarıdır.

Layihəyə daxil olan məktəblər Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Şamaxı, İsmayıllı, Quba və Agdaş şəhərlərində yerləşir. Ümumilikdə “Elektron məktəb” layihəsinə 39 təhsil müəssisəsi daxildir. 2012-2013-cü tədris ilində Bakı və Sumqayıt şəhərlərində yerləşən 20 məktəbdə kagız jurnallar tam olaraq istifadədən qaldırılmış və məktəblərdə yalnız  elektron jurnallar tətbiq olunur. 12 məktəbdə isə müvəqqəti olaraq, elektron jurnallarla paralel  kagız jurnallardan istifadə olunur.  

Azərbaycanda ilk dəfə tam olaraq elektron jurnallara keçid 2011-2012-ci tədris ilində Avropa liseyi və Akademik Zərifə Əliyeva adına məktəb-liseydə tətbiq edilmişdir.

İdarədən verilən məlumata əsasən, elektron jurnallardan istifadə edən məktəblərin sırasına bu il əlavə olaraq, daha 11 məktəb cəlb olunacaq. Yaxın illər ərzində isə əksər ümumtəhsil  müəssisələrində elektron jurnal tətbiq ediləcəkdir.

RƏVAN





Baxış sayı: 772

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020