12px13px15px17px
Tarix:21/11/12

“Həsən bəy Zərdabi – 170” adlı elektron məlumat bazasının təqdimatı olacaq

22 noyabr 2012-ci il tarixində saat 12:00-da Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi ilə birgə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə “Fikrət Əmirov – 90” adlı elektron məlumat bazasının təqdimatı və geniş kitab sərgisinin açılışı olacaq.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Milli Kitabxanadan məlumat verilib. Kitabxanadan bildirilib ki, növbəti tədbir noyabrın 23-də həyata keçiriləcək. Belə ki, Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Azərbaycan Milli Mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının170 illik yubileyinə həsr olunmuş tədbir də nəzərdə tutulur. Tədbirdə “Həsən bəy Zərdabi – 170” adlı elektron məlumat bazasının təqdimatı və geniş kitab sərgisinin açılışı olacaq.
 




HƏQİQƏT





Baxış sayı: 1075

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024