12px13px15px17px
Tarix:21/11/12

Respublika üzrə ən peşəkar rabitəçilər bəlli oldu

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününün qeyd olunmasına və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 131 illiyi münasibətilə “ən peşəkar rabitəçi” nominasiyası üzrə qaliblərin müəyyənləşdirilməsi məqsədilə elan etdiyi peşə yarışmasının həlledici mərhələsi arxada qaldı.

Rabitə işçiləri arasından ən peşəkar “kross işçisi”, “montyor” “kabel calayıcısı”, “optik kabel calayıcısı”, “poçtalyon” və “poçt əməliyyatçısı” adı uğrunda keçirilən müsabiqə iştirakçılarının nəzəri və praktiki bilikləri münsiflər heyəti tərəfindən qiymətləndirilərək müvafiq nominasiyalar üzrə 1-ci, 2-ci və 3-cü yeri tutan iştirakçılar aşağıdakı kimi olub:

Ən peşəkar “Kross işçisi” nominasiyası üzrə:
 
1-ci yer: eyni bal topladıqlarına görə BTRİB YTQ-nin 594/595/596/597 saylı ATS-in kross mühəndisi Muradova Ülkər Teymur qızı və “Aztelekom" İB Sumqayıt TKQ-nin  654/655 saylı ATS-in kross elektromexaniki  Abbasova Zəlihə Ələsgər qızı (47 bal)
2-ci yer: Naxçıvan MR RİTN-in Babək Rayon Rabitə İdarəsinin EATS-nin mühəndisi Abbasov Cəmil Salman oğlu (27,5 bal ).

Ən peşəkar “Montyor” nominasiyası üzrə:

1-ci yer: eyni bal topladıqlarına görə “Aztelekom" İB Quba  TKQ-nin  elektrik montyoru Məmmədov Vüqar Etibar oğlu  və BTRİB STQ-nin 452/458 saylı ATS-in  xətt montyoru İsmayılov Xəlil Şahvələd oğlu hər ikisi (56,5 bal).
2-ci yer:  Naxçıvan MR RİTN-in Kəngərli  Rayon Rabitə İdarəsinin EATS-in  elektrik montyoru Məmmədov Vüsal Abbasəli  oğlu (45 bal ).

Ən peşəkar “Kabel calayıcısı” nominasiyası üzrə:
 
1-ci yer: eyni balı topladıqlarına görə “Aztelekom" İB Yevlax  TKQ-nin  kabel lehimləyicisi  Məmmədov Cabir Nüsrət oğlu və BTRİB-in XTQ-nin 493/498/ saylı ATS-in kabel lehimləyicisi Məmmədov İsmət Fərman oğlu (81,5 bal).
2-ci yer: Naxçıvan MR RİTN-in Şərur   Rayon Rabitə İdarəsinin kabel lehimləyicisi  Bayraməliyev Rizvan Hüseyn oğlu (71 bal).
3-cü yer: “Aztelekom" İB Abşeron  TKQ-nin  kabel lehimləyicisi  İsrailov Etibar Sərxan oğlu (68 bal).
 
Ən peşəkar “fiber-optik kabel calayıcısı” nominasiyası üzrə:
 
1-ci yer eyni balı topladıqlarına görə BTRİB BKQ-nin  kabel lehimləyicisi Rüstəmov Rizvan  Millət oğlu və Naxçıvan MR RİTN-in Naxçıvan Şəhər  Rabitə İdarəsinin EATS-in elektromexaniki Aslanov İlkin Zeynalabdin oğlu (64,5 bal).
2-ci yer: “Aztelekom" İB  KMTQ-nin Şəki KS-9 kabel lehimləyicisi Cəfərov Əhəd Yasin oğlu (56 bal ).

Ən peşəkar “Poçt əməliyyatçısı” nominasiyası üzrə:
 
1-ci yer: “Azərpoçt” MMC-nin 1 saylı PF-nin MPŞ-nin əməliyyatçısı Heybətova İlahə Əlibəndə qızı (41,5 bal).
2-ci yer: “Azərpoçt” MMC-nin Neftçala PF-nin 4 saylı PŞ-nin əməliyyatçısı Babayev Tərlan Abduləhməd oğlu (35 bal).
3-cü yer: Naxçıvan MR RİTN-in Sahbuz Rayon Rabitə İdarəsinin PŞ-nin əməliyyatçısı Əliyeva Türkan Arif qızı (32 bal).
 
Ən peşəkar “Poçtalyon” nominasiyası üzrə:
 
1-ci yer: Naxçıvan MR RİTN-in Naxçıvan Şəhər Rabitə İdarəsinin PŞ-nin poçtalyonu Əsgərov Elşən Məmməd oğlu (36 bal)
2-ci yer:  “Azərpoçt” MMC-nin 1 saylı PF-nin 5 saylı PŞ-nin poçtalyonu Səlimova Şahnaz Əlağa qızı (34 bal)
3-cü yer: “Azərpoçt” MMC-nin Neftçala PF-nin 4 saylı PŞ-nin poçtalyonu Kərimov Elman Telman oğlu (32,5 bal).
 
Qeyd edək ki, rabitə və informasiya texnologiyaları sahəsi işçiləri arasında “Ən peşəkar rabitəçi” adı uğrunda ümumrespublika müsabiqəsinin keçirilməsi qaydalarının müvafiq bəndinə uyğun olaraq müsabiqədə müvafiq yerləri tutan rabitəçilərin fəxri adlar, diplom və mükafatlarla təltif edilməsi gözlənilir.

RƏVAN





Baxış sayı: 4111

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024