12px13px15px17px
Tarix:22/11/12

Smartfonlar cibdə sürtünmə zamanı enerji toplayacaq

Amerikalı alimlərin yaratdığı ucuz və səmərəli nanogenerator kiçik mexaniki hərəkətləri enerjiyə çevirməyə “qadirdir”.“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, qurğunu ABŞ-ın aparıcı tədqiqat universitetlərindən biri olan Corciya Texnologiya İnstitutunda çalışan alimlər yaradıblar.

Qeyd etmək lazımdır ki, texnologiyanın istifadə imkanları daha genişdir. Hərəkət və nəfəs zamanı yaranan artıq enerji nəzəri cəhətdən tibbi implantantı və digər tibbi elektronikanı enerji ilə doldura bilər.

Texnologiya İnstitutunda materialşünaslıq professoru Şonq Lin Vanq bu məsələ üzərində bir neçə il çalışıb. Mexaniki qüvvələrin təsiri altında elektrik yarada bilən pyezoelektrik materiallar onun diqqətini cəlb etmişdi. O, bu materialları süni şəkildə nano səviyyədə layihələşdirərək böyük uğur əldə etdi.

Vanqın qurduğu nanogenerator mexaniki hərəkətin 10-15 faizini elektrik enerjisinə çevirməyə “qadirdir”. Alim bildirib ki, gələcəkdə qurğunun faydalı iş əmsalını 40 faizə qədər çatdırmaq olar.

Dırnaq ölçüsündə olan generator 8 millivatta qədər elektrik enerjisi yaratmağa “qadirdir” və bu, kardiostimulyatorun işləməsi üçün kifayətdir.Qeyd etmək lazımdır ki, yeni akkumulyatorun istehsalı çox ucuz başa gəldiyindən texnologiya kütləvi hal ala biləcək.

EMİL




Baxış sayı: 1433

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024