12px13px15px17px
Tarix:22/11/12

Tovuzda sahibkarlar üçün elektron xidmətlərə dair treninq keçirilib

Tovuz rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı, Tovuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün treninq keçirilib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.

"İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzusunda keçirilən treninqdə İİN tərəfindən göstərilən elektron xidmətlər, “http://www.icazeler.gov.az/”, “http://www.b2b.az/” elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar və s. barədə iştirakçılara geniş məlumat verilib.

Tədbirdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

CAHANGİR




Baxış sayı: 1106

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024