12px13px15px17px
Tarix:22/11/12

“Apple” şirkəti "kosmik" qərargahın tikintisini təxirə salıb

“Apple” şirkətinin uçan boşqabı xatırladan yeni qərargahının tikintisi müəyyən müddətə təxirə salınıb. Şirkət kampusun tikintisinə cari ildə başlamağı planlaşdırırdı, lakin Kupertino şəhərinin hakimiyyəti onun ətraf mühitə təsiri haqqında hesabatı 2013-cü iyununa qədər çatdıra bilməyəcəyindən binanın tikintisinə 2014-cü ildən tez start verilməyəcək."Əgər hər şey yaxşı vaxtında olsa, tikinti 2013-cü ildə də başlana bilər.

 Hər şey şəhər şurasının layihəni nə qədər tez təqdir etməsindən və şəhər sakinlərinin iddia verməməsindən asılıdır. Hazırda proses kifayət qədər ləng gedir" – Kupertinonun şəhər meneceri Devid Brandt qeyd edib.

"Kosmik" kampusun yaradılması haqqında planı 2011-ci ilin iyununda “Apple”-ın sabiq direktoru Stiv Cobs ölümündən 4 ay əvvəl səsləndirmişdi. Onun fikrinə görə, ofis Yer kürəsinə enmiş kosmik gəmiyə oxşamalı və orada təxminən 12 min əməkdaş çalışmalıdır.
 

EMİL




Baxış sayı: 679

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020