12px13px15px17px
Tarix:22/11/12

2013-cü ildə planşetlər satış həcminə görə noutbukları üstələyəcək

“Digitimes Research” şirkətinin analitikləri müxtəlif proqram-aparat platformalarında işləyən planşet bazarı üzrə proqnozlarını bəyan ediblər.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, yaxın illərdə sensor ekranla təchiz edilmiş mini-kompüterlərə tələbat artmağa davam edəcək. 2013-cü ildə təxminən 210 milyon planşetin satılacağı gözlənilir; 2012-ci illə müqayisədə artım 38,3 faiz təşkil edəcək. Beləliklə, tədarük həcminə görə belə qurğular ilk dəfə olaraq noutbukları üstələyəcək.

“Apple” şirkəti ən iri planşet istehsalçısı olaraq qalacaq, lakin şirkətin bazar payı 60-dan 55,6 faizə qədər azalacaq. “Google” veb-korporasiyası “Nexus” seriyalı planşetlər sayəsində ikinci pillədə qərarlaşacaq.
“Digitimes Research”-in proqnozuna görə, 2013-cü ildə planşetlər üçün ən populyar proqram platforması “Android” olacaq: onun bazasında işləyən mini-kompüterlərin tədarükü 120 milyona bərabər olacaq.

 
EMİL




Baxış sayı: 712

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020