12px13px15px17px
Tarix:25/07/11

“Acer” Olimpiya oyunları üçün 25 mindən çox qurğu tədarük edəcək

“Digitimes” Tayvan nəşri bildirib ki, “Acer” şirkəti 2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunları üçün təxminən 25 min qurğu tədarük etməyi planlaşdırır.
“Acer” və Olimpiya və Paralimpiya oyunlarının London Təşkilat Komitəsi (LOCOG) kompyuter infrastrukturunun yaradılması üçün avadanlığın tədarükü haqqında müqavilə bağlayıblar. Qurğular 2012-ci ildə Olimpiya oyunlarının keçirilməsi üçün istifadə olunacaq.
“Acer” və “LOCOG” birlikdə 11000 stolüstü kompyuter, 10500 monitor, 1500 noutbuk, 1500 sensor ekran, 900 server, 72 “Terabayt” yaddaş ilə 5 məlumat saxlanılma şəbəkə komplektindən ibarət olan infrastruktur yaratmağa hazırlaşırlar. “Acer” kompyuter avadanlığının tədarükü ilə birlikdə 350 yüksəkixtisaslı mütəxəssis də göndərəcək. Onlar olimpiada vaxtı avadanlığın problemsiz işləməsi üçün lazımi qaydada quraşdırılmasına nəzarət edəcəklər.


www.3dnews.ru



Baxış sayı: 1067

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024