12px13px15px17px
Tarix:23/11/12

2013-cü ildə “Lenovo” Çində ən böyük smartfon satıcısı olacaq

“Gartner” analitik şirkəti Çinin smartfon bazarının inkişaf tempi ilə bağlı proqnozunu dərc edib. Proqnoza görə, 2013-cü ildə “Lenovo” şirkəti Çində ən böyük smartfon satıcısı olacaq.

"Fərdi kompüter və noutbuk istehsalçısı kimi tanınan “Lenovo” yaxın vaxtlarda mobil rabitə bazarına daxil olub və dərhal Çin bazarında güclü dəstək alıb. Hazırda satılan smartfonların 14,8 faizi “Lenovo”nun payına düşür. Müqayisə üçün qeyd edək ki, 1 il bundan əvvəl bu istehsalçının Çinin smartfon bazarında payı 1.7 faizə bərabər idi" – “Gartner”in hesabatında qeyd olunub. “Gartner”in statistikasına əsasən, hazırda “Lenovo” şirkəti Koreyada ikinci pillədə qərarlaşıb. O, yalnız “Samsung Electronics”dən geri qalır.

“Lenovo” hazırda Koreya bazarında dünya markaları ilə rəqabət aparacaq yeganə Çin “oyunçu”sudur. Şirkət buna onun ticarət markasının yaxşı tanınması, geniş satış şəbəkəsi, həmçinin aşağı qiymətlər sayəsində nail ola bilib.

 
EMİL




Baxış sayı: 1380

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024