12px13px15px17px
Tarix:24/11/12

Uşaqlar üçün "Ematic FunTab" adlı planşet yaradılıb

"Ematic" şirkəti azyaşlı istifadəçilər üçün nəzərdə tutulmuş ucuz "FunTab" planşetinin satışlarına başlayıb.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, mini-kompüterin üzərində uşaqların inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş oyun və ixtisaslaşdırılmış tətbiqlər təqdim olunur.

Böyüklər "Zoodles.com" saytı vasitəsilə uşaqların fəaliyyətinə nəzarət edə və arzuolunmaz məzmunu blok edə bilərlər.

Qurğu 1.2 QHs takt tezliyində işləyən prosessor, 512 MB əməli yaddaş, 4 qiqabaytlıq fləş modul, 32 QB tutuma qədər "MicroSD" kartları üçün slot və "Wi-Fi 802.11b/g/n" simsiz rabitə adapteri ilə təchiz edilib. 7 düymlü sensor ekran 800×480 piksel təsvir ölçüsünə malikdir. Ön və arxa kamera, "Mini USB 2.0" portu və qulaqcıqlar üçün 3,5 millimetr konnektor mövcuddur.

Planşetə uşaqlar üçün istifadəçi interfeysinə malik "Android 4.0 Ice Cream Sandwich" əməliyyat sistemi quraşdırılıb. Planşetin avtonom iş vaxtı 8 saat təşkil edir.
Yeniliyi 120 dollara satın almaq olar.
 
EMİL




Baxış sayı: 1267

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024