12px13px15px17px
Tarix:26/11/12

“Instagram”da rekord qeydə alınıb

Ötən həftənin cümə axşamı populyar "Instagram" mobil foto hostinqində xidmətə yüklənmiş mobil fotoların sayına görə rekord qeydə alınıb. "Instagram"ın bloqunda yazılmış məlumata əsasən, Şükranlıq günü ərzində istifadəçilər xidmətə 10 milyondan çox mobil foto yükləyiblər.

Şirkətdən verilmiş məlumata görə, fotoların əksəriyyəti ABŞ-dan yüklənib.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, gün ərzində 10 milyon foto saniyədə təxminən 200 foto deməkdir. "Instagram"dan bildirilib ki, serverlərə yüklənmə və trafik həcmi nöqteyi-nəzərindən ötən həftə rekord qeydə alınıb. "Instagram"ın trafik dinamikası heyrətləndiricidir. Belə ki, əgər cari ilin martında gün ərzində xidmətdən istifadə edənlərin sayı 886 min təşkil edirdisə, iyunda onların sayı 4589000 və avqustda 7302000-ə bərabər olub.

"ComScore" analitik şirkətinin hesablamalarına görə, son il ərzində "Instagram"ın istifadəçi bazası 8,5 dəfə artıb.

EMİL



Baxış sayı: 874

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024