12px13px15px17px
Tarix:26/11/12

Naxçıvanın relyefi çətin olan ərazilərində optik kabellər çəkilir

 Naxçıvan MR Babək rayon mərkəzindən 45 kilometr məsafədə yerləşən Buzqov kəndinə optik kabel çəkilib. Bu barədə "ICTnews"a Naxçıvan Rabitə və informasiya texnologiyaları nazirinin müavini Əli Mikayılov məlumat verib. Onun sözlərinə görə, Ermənistanla həmsərhəd kəndə çəkilən yeni optik kabel xəttindən həmçinin Aşağı Buzqov, Yuxarı Buzqov və Gərməçataq kəndləri istifadə edəcək.

Optik kabel xəttinin ən ucqar kəndə çəkilməsi ilə kənd sakinləri keyfiyyətli telefon rabitəsi ilə yanaşı, yüksəksürətli internet və digər multimedia xidmətlərindən istifadə etmək imkanı əldə edəcəklər.

Nazir müavini bildirdi ki, ərazinin relyefinin çox çətin olması yüksək sıldırım dağlıq ərazilərdən optik kabellərin çəkilməsi böyük çətinliklər yaratsa da, rabitəçilərin qətiyyəti layihənin ən qısa vaxt ərzində reallaşdırılmasına imkan verib.

Qeyd edək ki, hazırda Naxçıvanda bütün rabitə şəbəkəsinin ən müasir texnologiya əsasında tamamilə yenidən qurulması istiqamətində işlər davam etdirilir.

RƏVAN



Baxış sayı: 2721

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024