12px13px15px17px
Tarix:26/11/12

Naxçıvan MR RİTN-də “İskratel” şirkətinin nümayəndələri ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Sloveniyanın "İskratel" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Nəsibovla görüş olub.

"ICTnews" elektron xəbər xidmətinin Naxçıvan MR RİTN-ə istinadən verdiyi məlumata görə, görüşdə nazirliyin informasiya-kommunikasiya texnologiyalarının gələcək planları, genişzolaqlı xidmətlərin genişlənməsi, internet üzərindən İP telefoniya xidmətlərinin göstərilməsi üçün texniki həllər və digər göstəriləcək xidmətlər haqqında danışılıb.

Sonra şirkətin nümayəndəsi tərəfindən nazirliyin telekommunikasiya şöbəsinin, şəhər (rayon) rabitə idarələri, Naxçıvan MR İnternet Mərkəzinin işçiləri üçün "İskratel" şirkətinin avadanlıqları və telekommunikasiya sahəsində texniki həlləri barədə geniş təqdimat verilib.

Qeyd edək ki, noyabrın 6-9-da "Bakı Ekspo" mərkəzində keçirilən "Bakutel-2012" XVIII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi zamanı Naxçıvan MR-in rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov Sloveniyanın "İskratel" şirkətinin baş direktoru Jelko Puliç və satış üzrə direktoru Mitya Jelnikarla görüşüb.

Şirkət haqqında qısa məlumat veriləndən sonra yerli nümayəndəlik tərəfindən Naxçıvan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində görüş keçirilməsi barədə razılıq əldə olunub.

Məlumat üçün bildirək ki, "İskratel" şirkəti 2007-ci ildən Azərbaycanda yeni nəsil telekommunikasiya və informasiya texnologiyaları sahəsi üzrə fəaliyyət göstərir. Hazırda Bakı şəhərini və digər bir sıra rayonların telekommunikasiya şəbəkəsini NGN sistemi ilə təmin edib.

CAHANGİR



Baxış sayı: 811

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020