12px13px15px17px
Tarix:26/11/12

Bu gün Ümumdünya İnformasiya Günüdür

26 noyabrı "İnformasiya-kommunikasiya texnologiyaları sahəsində çalışanların peşə bayramı kimi tarixə düşən gün" də adlandırmaq olar. BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Ümumdünya İnformasiyaloji Parlamentinin təşəbbüsü ilə irəli sürülən Ümumdünya İnformasiya Gününün (World Information Day) 1994-cü ildən etibarən qeyd olunması artır bir ənənə halını alıb.

Məhz həmin tarixdən başlayaraq, hər il noyabrın 26-da dünyada qeyd olunan Ümumdünya İnformasiya Günü informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışanların peşə bayramı kimi tarixin yaddaşına həkk olunub. Belə ki, 26 noyabr 1992-ci ildə Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə I Beynəlxalq İnformasiyalaşdırma Forumu keçirilib.

Forumun işində dünyanın 29 ölkəsindən 10 mindən artıq alim və mütəxəssis iştirak edib və həmin tədbirdə ənənəvi olaraq, hər il 26 noyabr tarixində Ümumdünya İnformasiya Gününün qeyd olunmasına dair qərar qəbul olunub.

Rəsmi olaraq isə bu əlamətdar gün 1994-cü ildə YUNESKO tərəfindən qeydiyyata alınıb və artıq bu gün - Ümumdünya İnformasiya Günü dünyanın bir çox ölkələrində qeyd olunur. Ümumiyyətlə, bəşər tarixində informasiyanın tutduğu mövqeyi açıqlamağa xüsusi ehtiyac yoxdur. Onun əhəmiyyətini anlamaq üçün təkcə "Kim informasiyaya malikdirsə, dünyaya malikdir" fikrini xatırlatmaq yetərlidir.

Tarix boyu müxtəlif mərhələlərdən adlayan informasiyanın rolu XX əsrin ortalarından başlayaraq, sosial tərəqqi, elm və texnikanın sürətli inkişafı nəticəsində daha da artıb. Qloballaşan dünyada informasiyanın mahiyyəti və müasir sivilizasiyanın inkişafında rolu, informasiya və informasiyalaşdırma proseslərinin geniş vüsət alması, informasiya cəmiyyətinin formalaşması bu günün mühüm məsələlərindən birinə çevrilib.

Hazırda informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin bütün sahələrinə geniş nüfuz etməkdədir ki, bunun da nəticəsində bəşəriyyət yeni inkişaf mərhələsinə – informasiya cəmiyyətinin formalaşması dövrünə qədəm qoyub. Hazırda informasiyanın əhəmiyyəti dünya üçün getdikcə daha da artır və əvvəllər hətta təsəvvürümüzə belə gətirə bilmədiyimiz yeni texnologiyalar erasında, həmçinin rəqəmli gələcəkdə bu mövqe daha da güclənəcək.

HƏQİQƏT



Baxış sayı: 1485

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024