12px13px15px17px
Tarix:27/11/12

Azərbaycandakı “Təhsildə İKT” layihələri UNESCO-nun beynəlxalq konfransında təqdim edilib

“Mədəd Azərbaycan” təşkilatı ölkəmizdəki “Təhsildə İKT” layihələrini UNESCO-nun beynəlxalq konfransında təqdim edib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “Mədəd Azərbaycan” təşkilatından məlumat verilib.

Təşkilatdan bildirilib ki,  UNESCO Təhsildə İnformasiya Texnologiyaları İnstitutu noyabrda “Təhsildə İKT: Pedaqogika, Təhsil Resursları və Keyfiyyətdə Əminlik” Beynəlxalq Konfransına (IITE-2012) ev sahibliyi edib. İki ildən bir keçirilən konfrans bu dəfə Moskvada UNESCO, Moskva Dövlət İqtisad, Statistika və İnformatika Universiteti və İnformasiya və Kommunikasiya Texnologiyaları Dövlət İnstitutunun (İNFORMİKA) dəstəyi ilə təşkil olunub.

Konfransın əsas məqsədi İKT-nin təhsildə tətbiqi ilə bağlı ən yaxşı strategiyaları nəzərdən keçirməyə imkan yaratmaq, həmçinin yaradıcı pedaqoji metodların inkişafı ətrafında müzakirələr sayəsində “Hər kəs üçün Təhsil” (“Education for All”) şəbəkəsinə üzv ölkələrdə yüksəkkeyfiyyətli təhsilin tətbiqinə töhfə verməkdir: “Bu il “IITE-2012”  25 ölkədən 100-ə yaxın nümayəndəni təhsilin müxtəlif səviyyələrində İKT-nin tətbiqi ilə bağlı nizamnamə və İKT əsaslı təhsilin “yeni pedaqogika”ya daxil edilməsi ətrafında müzakirə aparmaq məqsədilə bir araya gətirib. Konfransda müxtəlif səviyyələrdə qərarverici şəxslər, aparıcı ali təhsil müəssisələrinin rəhbərləri, müəllimlərin təlimi ilə məşğul olan qurumların nümayəndələri, İKT-nin təhsildə tətbiqi sahəsində mütəxəssislər, yaradıcı müəllimlər, UNESCO şəbəkəsi koordinatorları, müxtəlif yerli və beynəlxalq QHT nümayəndələri və özəl İT şirkətləri iştirak ediblər.

Tədbir zamanı “Mədəd Azərbaycan” təşkilatının Tədqiqat və İnkişaf Meneceri Ülkər Babayeva “Təhsil Texnologiyaları Sahəsində Mədəd Azərbaycan Təşkilatının Mövqeyi” mövzusunda çıxış edib. Ülkər Babayeva təşkilatımız tərəfindən keçirilən layihələr haqqında geniş məlumat verib, auditoriyanın suallarını cavablandırıb. Əməkdaşımız öz təəssüratlarını  paylaşaraq bildirir ki, “Təşkilatımızın təhsil və İKT sahəsində gördüyü işlər xarici həmkarlarımızda böyük maraq doğurdu.

Son illərdə bu sahədə atılan addımlar, uğurlarımızın təqdirəlayiq olduğu qeyd olundu. Bunun yaxın gələcəkdə yeni əməkdaşlıqlara və yeni layihələrə səbəb olacağına inanırıq”.Təşkilatdan qeyd edilib ki, növbəti konfransın 2014-cü ildə keçiriləcəyi gözlənilir.


HƏQİQƏT




Baxış sayı: 2020

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024