12px13px15px17px
Tarix:27/11/12

2017-ci ilədək beynəlxalq displey bazarının həcmi 164 milyard dollara qədər artacaq

Beynəlxalq displey bazarında özünü müxtəlif seqmentlərdə tanıtmış bir çox texnologiyalar təqdim edilib. Məsələn, “E Ink” ekranlar rider, maye kristal və LED hazırlamalar televizor, “LCoS” texnologiyası isə proyektorlarda istifadə olunur. Son zamanlar isə smartfonların əksəriyyətini “OLED” ekranlarla təchiz edirlər.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “MarketsandMarkets” analitik şirkətində çalışan ekspertlərin proqnozuna görə, “OLED” displey bazarının həcmi 31,2 faiz orta illik sürətlə artacaq və 2017-ci ilədək onun həcmi 5,1 milyard dollar təşkil edəcək. “E Ink”, “DLP” və “LCoS” seqmentlərində də belə yüksək göstəricilər gözlənilir. Lakin “TFT-LCD” və “LED” texnologiyalarının artım tempi 20 faizi ötməyəcək.

Analitiklər şəffaf displey seqmentində güclü sıçrayış gözləyirlər. 2014-2015 illərdə bu tip panellər müxtəlif bazarlarda geniş tətbiq ediləcək və bu displey seqmentinin kumulyativ (toplanılan) illik artım tempi (CAGR - Compound annual growth rate) 91,1 faiz təşkil edəcək. “3D” ekranlarda bu göstərici onların səhiyyə sahəsində yüksək tələbatlı olması sayəsində 26.1 faiz təşkil edəcək.

“MarketsandMarkets” analitik şirkətinin proqnozuna əsasən, 2017-ci ilədək beynəlxalq displey dünya bazarının həcmi 164,24 milyard dollara qədər artacaq.
 
EMİL




Baxış sayı: 1290

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024