12px13px15px17px
Tarix:28/11/12

“Yahoo!”-nun səhmləri 4 illik maksimuma qədər bahalaşıb

“Yahoo!”-nun səhmləri noyabrın 26-da hərracın əvvəlində 18,99 dollar həddinə çatıb. Bu göstərici son 4 il ərzində maksimal nəticədir.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, internet-şirkətin səhmləri  son 3 ay ərzində xeyli bahalaşıb. Hələ sentyabrın əvvəlində səhmlərin qiyməti 14,6 dollar təşkil edirdi. Oktyabrın sonuna qədər onların qiyməti 1 dollar artmış, sonrakı 4 həftə ərzində təxminən 19 dollara qədər bahalaşıb. Bu göstərici sonuncu dəfə 2008-ci ilin payızında qeydə alınıb.

“Bloomberg” agentliyinin keçirdiyi sorğuda iştirak edən analitiklərin proqnozuna görə, “Yahoo!” səhmlərinin qiyməti 1 il ərzində 32 dollara çata bilər. Belə göstərici isə sonuncu dəfə 2007-ci ilin oktyabrında qeydə alınıb.




EMİL




Baxış sayı: 1318

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024