12px13px15px17px
Tarix:25/07/11

Məhkəmə: “Oracle” şirkəti “Google”-dan çox böyük kompensasiya tələb edir

Məhkəmə “Oracle” şirkətini “Google”-a qarşı maliyyə iddialarını təkrar gözdən keçirməyə çağırıb. Bundan əvvəl Larri Ellisonun korporasiyası “Android” mobil əməliyyat sistemində “Java” texnologiyasından istifadə etdiyi üçün internet nəhəngindən 2,6 milyard dollar kompensasiya tələb edib. Lakin məhkəmə kompensasiyanın dəyərinin yanlış müəyyən edildiyini qərara alıb.
“Oracle” şirkətinin öz maliyyə iddialarını təkrar gözdən keçirməyə vaxtı var. Ekspertlər güman edirlər ki, “Google” şirkəti nəticədə yenə də Larri Ellisonun şirkətinə kompensasiya ödəməli olacaq, amma məbləğ “Oracle” şirkətinin hesabladığı kimi olmayacaq.
Maraqlıdır ki, bir neçə il əvvəl o zaman “Java” texnologiyası ilə əlaqədar bütün hüquqlara malik olan “Sun Microsystems” “Google” şirkətinə lisenziyanı 100 milyon dollara almağı təklif edib. İnternet-korporasiya sazişdən imtina edib, halbuki “Android” hazırlaması o zaman hələ ilkin mərhələdə idi.


www.onliner.by



Baxış sayı: 625

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020