12px13px15px17px
Tarix:28/11/12

İlin sonunadək bütün tvitləri arxiv şəklində yükləmək mümkün olacaq

“Twitter”in direktoru Dik Kostolo ilin sonunadək tvitlərin arxivini yükləməyə imkan verəcək funksiyanın xidmətdə tətbiq ediləcəyini təsdiqləyib. Top-menecerin sözlərinə görə, bu, şirkətdə çalışan tərtibatçıların narazılığına səbəb olub.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, Dik Kostolo bəzi statistik göstəriciləri açıqlayıb.  Xidmətin auditoriyası hazırda 500 milyon istifadəçi təşkil edir. Gün ərzində 350 milyondan çox tvit göndərilir. ABŞ-da prezident seçkiləri zamanı isə saniyədə 12-15 min tvit göndərilib. Şirkətin direktorunun sözlərinə görə, bir tvitdəki simvolların sayına qoyulmuş məhdudiyyət (144 simvol) heç zaman artırılmayacaq və əvvəlki kimi saxlanılacaq.





EMİL




Baxış sayı: 833

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024