12px13px15px17px
Tarix:29/11/12

Tim Kukun korporasiyası ABŞ-ın smartfon bazarında liderdir

"Apple" şirkəti avqust-oktyabr ayları ərzində 48.1 faiz göstərici ilə ABŞ-ın smartfon bazarında lider olub. "iPhone 5" smartfonunun populyarlığının artması buna imkan yaradıb.

"ICTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, "Android" platforması ilə işləyən aparatlar Amerikanın smartfon bazarının 46.7 faizinə nəzarət edir, halbuki bir il əvvəl bu göstərici 63,3 faizə bərabər idi.

ABŞ və digər ölkələrdə "iPhone 5" smartfonunun satışlarına sentyabrın 21-də başlanılıb. "Apple" yalnız birinci üç gün ərzində 5 milyondan çox qurğu satıb və bu göstərici əvvəlki modellərlə müqayisədə rekord təşkil edib.

"Android" sistemi Avropada böyük populyarlıq qazanıb. Ötən illə müqayisədə Avropanın böyük dövlətlərində "Android" platforması ilə işləyən smartfonların payı artıb.


EMİL




Baxış sayı: 1222

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024