12px13px15px17px
Tarix:29/11/12

“Apple” şirkəti top-menecerini işdən azad edib

“Apple” şirkəti kartoqrafiya proqramının tərtibatçılar komandasına rəhbərlik etmiş menecer Riçard Uilyamsonu işdən çıxarıb. Buna səbəb xidmətdəki çoxsaylı səhv və nöqsanlardır. “Apple” rəhbərliyindəki yerdəyişmə haqqında hələ ki rəsmi şəkildə elan edilməyib.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “iOS 6” əməliyyat sisteminin (ƏS) yeni versiyasında  “Apple” şirkətinin xəritələrindən istifadə edilir. Onlar Hollandiyanın “TomTom” naviqasiya avadanlığında istifadə edilən xəritələr əsasında yaradılıb. Yeni proqramda səhv və uyğunsuzluqlardan başqa, məsələn, ictimai nəqliyyatın hərəkəti haqqında informasiya yoxdur.

“Apple” şirkətinin smartfonlarında əvvəllər “Google” xəritələri quraşdırılırdı. "Alma" şirkəti cari ilin iyununda San-Fransiskoda keçirilmiş tərtibatçıların ümumdünya konfransında öz proqramını tətbiq etməyə qərar verdi. Ekspertlər bu addımı vaxtilə sıx əməkdaşlıq etmiş iki korporasiya arasında rəqabətin kəskinləşməsi kimi qəbul etdilər. Kütləvi İnformasiya Vasitələrinin (KİV) məlumatına görə, “Google” şirkəti “iOS” üçün şəxsi kartoqrafiya proqramını buraxmağa hazırlaşır.

EMİL




Baxış sayı: 1256

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024