12px13px15px17px
Tarix:29/11/12

Tokioda nəhəng robot təqdim edilib

Yaponiyalı rəssam Koqoro Kurata Tokioda “Kuratas” adlı nəhəng döyüş robotunu təqdim edib. “Suidobashi Heavy Industry”-nin  vəsaiti hesabına başa gəlmiş 4 tonluq nəhəng robot cari ilin yayında ictimaiyyətə təqdim edilmişdi. Hazırda Milli Elm və İnnovasiya muzeyində yerləşdirilib.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, dizellə işləyən robotu onun yuxarı hissəsində yerləşdirilmiş kabinadan, həmçinin smartfona quraşdırılmış tətbiq vasitəsilə idarə etmək olar.

Təxminən 1,3 milyon dəyərində olan aparat 16 rəng variasiyasında əlçatandır, həmçinin geniş aksesuar dəstinə malikdir: əl pulemyotu (70 min dollar), qalxan (75 min dollar) və s. Qeyd etmək lazımdır ki, pulemyot plastik güllə atır.Hazırda robotun istehsalçıları 3 min ilkin sifariş alıblar.




 
EMİL




Baxış sayı: 1318

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024