12px13px15px17px
Tarix:29/11/12

Server bazarında cüzi artım qeydə alınıb

"Gartner" tədqiqat şirkəti qeyd edib ki, dünya iqtisadiyyatındakı qeyri-stabil vəziyyət, həmçinin server avadanlığı bazarında daxili rəqabət bu seqmentə mənfi təsir göstərib. Bu hadisələr nəticəsində dünyanın əsas server avadanlığı istehsalçıları daim artan xərclər fonunda aşağı mənfəət əldə edirlər.

"Gartner" analitik şirkətinin məlumatına görə, son rüb ərzində server avadanlığı bazarının həcmi say hesabı ötən illə müqayisədə təxminən 3,6 faiz artıb, pul hesabı isə 2,8 faiz artaraq 12,6 milyard dollar təşkil edib. "Gartner", həmçinin qeyd edib ki, yalnız rəqabət deyil, həm də digər amillər satışların həcminə təsir edib.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "x86" maşın istehsalçılarının vəziyyəti yaxşı olub. Belə ki, cari ilin üçüncü rübündə onların mənfəəti 4,3 faiz artaraq 9,37 milyard dollara bərabər olub.

Son zamanlar "Hewlett-Packard" şirkətinin başına gələn ardıcıl  xoşagəlməz hadisələrə baxmayaraq, bu şirkət "x86" serverlərinin əsas istehsalçısı olaraq qalmağa davam edir. Şirkət hesabat rübündə bazara 2.84 milyard dollar dəyərində 629312 server tədarük edib.

"Dell" şirkəti bazarda mövqeyini təkmilləşdirməyə davam edib və onun "x86" arxitekturası əsasında əsas məhsulları artıq ikinci rübdür ki müsbət nəticə göstərir. "Gartner" şirkətinin məlumatlarına əsasən, "Dell" şirkəti üçüncü rübdə bazara 564524 "PowerEdge" serveri tədarük edib və bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur. "Dell" şirkətinin satış həcmi 10,3 faiz artaraq 2,1 milyard dollar təşkil edib.

"IBM" şirkətinin server bazarındakı payı isə azalmağa doğru gedir. Onun satış həcmi 5 faiz azalaraq 1,42 milyard dollar təşkil edib. Tədarük edilmiş yeni serverlərin sayı 1,4 faiz azalaraq 264524 təşkil edib. "Fujitsu" şirkəti dördüncü mövqedə qərarlaşıb; server tədarüklərinin həcmi 3,8 faiz azalaraq 74 870 təşkil edib.

Digər şirkətlər bazara 2,23 milyard dollar dəyərində 836134 ədəd "x86" serveri tədarük ediblər.
10 ən böyük istehsalçının sırasında, həmçinin "Lenovo", "Dawning", "Hitachi", "NEC", "Bull", "Silicon Graphics", "Cray", "Super Micro" yer alıb.
 
EMİL




Baxış sayı: 737

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020