12px13px15px17px
Tarix:25/07/11

Azercell-lə yaşa, daha yaxşı yaşa!

“Azərcell-lə yaşa, daha yaxşı yaşa!” - qısa müddət ərzində Azercell-in vizit kartına çevrilən bu çağırışı indi hər yerdən eşitmək, oxumaq və görmək olar. Bu yaddaqalan, oxunaqlı şüar şirkətin indiki mövqeyini əks etdirir.
Azercell hələ ötən ildən başlayaraq fəaliyyətində yeni mərhələyə qədəm qoyub. Çox uğurlu rebrendinq prosesi nəticəsində şirkət Avropa və Asiyaya yayılan qlobal TeliaSonera ailəsinin ümumi brendi altında birləşdi. “Bir şirkət – bir brend” fəlsəfəsinə əsaslanan mobil operatorlar “qlobal və yerli” brend strategiyası adı altında ümumi loqonu qəbul etdilər. Nəticədə Azercell-in vizual görüntüsü tamamilə yeniləndi.
Təbii ki, eyni brend və eyni loqo altında fəaliyyət göstərən şirkətlərin hər birinin özünəməxsus cəhətləri var və bu təkrarolunmazlıq şirkətin gördüyü işlərdə, həyata keçirdiyi layihələrdə, kampaniyalarında özünü büruzə verir. Məhz qlobal ailənin təsir gücü ilə yerli duruma bağlı təcrübə nəticəsində Azercell hər zaman birinci olmağı bacarır.
Azercell öz abonentlərinə təqdim etdiyi bütün işlərdə qlobal və yerli resursların səfərbər olunmasında tarazlığa nail olmaq məqsədilə Dəyər Təklifini yeniləmək üçün “Brendin Yeni Mövqeyinin Təyin olunması” layihəsinə başlayıb. Yeni brendin təqdimatı strategiyasını formalaşdırmaq üçün hazırlanan layihəyə mövqeyin seçilməsində aparıcı şirkət sayılan “Trout&Partners”-in (http://www.troutandpartners.com/) dəstəyi ilə başlanılıb. Məqsəd Azercell abonentlərinin müəyyən etdiyi brend dəyərlərinə sadiq qalmaqla yanaşı, həm də onların ehtiyaclarına uyğun olan strategiya hazırlamaqdır.
Yeni brendin təqdimat strategiyası yerli telekommunikasiya bazarında Azercell-in aparıcı mövqeyinin güclənməsinə yönəlir. Bu baxımdan, artıq “Azərcell-lə yaşa, daha yaxşı yaşa!” çağırışı hər kəs üçün yeni söz birləşməsinə və yeni strategiyanın nəticəsi kimi formalaşan Azercell-in yeni melodiyasına çevrilib. Musiqisi Vaqif Gərayzadə, sözləri Teymur Məmmədova məxsus olan bu jingle (melodiya) daha mehriban mühit, müsbət əhval-ruhiyyə yaradır, şirkətlə abonentlər arasındakı münasibətləri gücləndirmək üçün xüsusi önəm daşıyır.



Baxış sayı: 1979

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024