12px13px15px17px
Tarix:30/11/12

“Nar mobile” “Saniyə” tarifini təqdim edib

“Nar Mobile” operatoru abunəçiləri hər saniyəyə görə cəmi 0.1 qəpik ödəməklə danışa bilərlər
“Azerfon” şirkətindən verilən məlumata görə, tarif paketində ölkədaxili səsli və videozəngin saniyəsi 0.001 AZN, ölkədaxili SMS və MMS0.04 AZN, İnternet trafiki (1 MB) 0.2 AZN, Mobil TV (1 MB) 0.1 AZN, eyni qiymətə videozəng xidmətindən istifadə nəzərdə tutulub.

“Saniyə” tarifinə 077 yazaraq 777 nömrəsinə mesaj göndərmək,*777#077#Yes yığmaq, “Nar Menyusu” və ya “Nar İnternet Bələdçisi” vasitəsilə ən yaxın “Nar Dünyası” mağazaları və ya “Nar Mobile” mərkəzlərində qoşulmaq mümkündür.

“Saniyə” tarifində olan abunəçilər bütün cari “Nar Mobile” kampaniyalarına qoşula bilərlər.

Bundan başqa, “Şəbəkədaxili Limitsiz” və “CavanNar” tariflərindən “Saniyə” tarifinə keçid zamanı tariflər daxilində təqdim olunan bonuslar silinir.

İndi “Unikal” və “Saniyə” tarifində olan hər kəs 2 sevimli “Nar” nömrəsini seçə və həmin nömrələrlə 50% endirimlə (dəqiqəsi 2 qəpik) danışa bilərlər.




Baxış sayı: 766

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020