12px13px15px17px
Tarix:30/11/12

Azərbaycan Milli Kitabxanası “Elektronnıy vek kulturı” konfransında təmsil olunub

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının Elektron kataloqun formalaşdırılmasına dəstək şöbəsinin baş kitabxanaçısı Samirə Şabanova noyabr ayının 20-dən 24-dək Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Rusiya Dövlət Kitabxanasının təşkil etdiyi “Elektronnıy vek kulturı” 11-ci beynəlxalq elmi-praktik konfransında iştirak etmək məqsədilə Moskva şəhərinə ezam edilib.

“ICTnews” elektron xəbər xidmətinin AMK-ya istinadən verdiyi məlumata görə, konfransın əsas məqsədini müxtəlif mədəniyyət sahələrinin  informasiya texnologiyaları və kompüter texnikası istiqamətində yeniliklərlə tanışlığı, informasiya texnologiyalarının mədəniyyət sahələrinə, xüsusən də kitabxanalara tətbiqi və elektron resursların yaradılması, elektron kitabxanalar və informasiyanın saxlanılması və axtarışı məsələləri ilə bağlı suallar və problemlərin praktiki həlli təşkil edib.

Konfransda Rusiya Milli Kitabxanasının direktor müavini Q.M. Şorin “Rusiya Dövlət Kitabxanası informasiya: Milli kitabxanaların aparıcı rolu”, Tim Qoverdovskiy (İsveçrə) “Kitabxanaların avtomatlaşdırılması müasir mərhələdə”, Y.V.Çexoviç “Antiplagiat. Rusiya Dövlət Kitabxanası” və s. çıxış və prezentasiyalar təqdim edilib.

CAHANGİR




Baxış sayı: 3184

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024