12px13px15px17px
Tarix:30/11/12

30 noyabr Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günüdür

1988-ci ildə Amerikanın Kompüter Avadanlığı Assosiasiyası 30 noyabr tarixini Beynəlxalq İnformasiya Təhlükəsizliyi (Computer Security Day) Günü elan edib.

Assosiasiya bu günü elan etməklə hər kəsə kompüter informasiyasının mühafizə edilməsinin vacibliyini xatırlatmaq, həmçinin avadanlıq və proqram vasitələri istifadəçilərinin və istehsalçılarının diqqətini təhlükəsizlik problemlərinə yönəltmək fikrində idi.

1988-ci ildə Morris “soxulcan”ının kütləvi epidemiyası qeydə alınmışdı. Məhz o zaman mütəxəssislər informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşmanın zəruriliyi haqqında fikirləşdilər. Hərçənd ki birinci kompüter virusu nümunəsi artıq 1983-cü ildə yaradılmışdı.

O vaxtdan etibarən Kompüter Avadanlığı Assosiasiyasının təşəbbüsü ilə 30 noyabr tarixində informasiyanın mühafizəsi ilə əlaqədar beynəlxalq konfranslar keçirilir.
 
EMİL




Baxış sayı: 1598

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024