12px13px15px17px
Tarix:30/11/12

İrandan Azərbaycana daxil olan mobil telefon şəbəkəsindəki problemlərlə əlaqədar təkliflər paketi hazırlanır

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə görüşüb. Nazir Əli Abbasov Azərbaycanla İran arasında dost və qonşuluq müstəvisində davam edən münasibətlərdən söz açıb, gələcəkdə də bu münasibətlərin genişləndirilməsində ölkəmizin maraqlı olduğunu diqqətə çatdırıb.

Ölkələrimiz arasında yaradılan əməkdaşlıqda informasiya-kommunikasiya texnologiyaları sahəsini yeni fürsət kimi dəyərləndirən səfir Möhsün Pakayin də Azərbaycan və İranın müvafiq nazirlikləri arasında rabitə sahəsindəki mövcud əlaqələrin yüksək olduğunu, bu əlaqələrin daha da genişləndirilməsi üçün səfirliyin səylər göstərəcəyini, eyni zamanda ölkələrimiz arasında internet, İKT, radioyayım, radiotezliklərin idarə edilməsi və s. sahələrdə həlli nəzərdə tutulan məsələlərin danışıqlar yolu ilə həllinə və İranla Azərbaycanın İKT sahəsinin inkişafında bir-birinə qarşılıqlı kömək göstərməli olduqlarını vurğulayıb.

Bu yaxınlarda Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO - Economical Cooperation Organization) Nazirlər Toplantısını da xatırladan səfir orada Azərbaycan tərəfinin iştirakı, eyni zamanda bir sıra görüşlərdə də faydalı nəticələrin əldə olunduğunu, gələcəkdə texniki problemlərin həllində mütəxəssislərin səylərini artıracaqlarını xüsusi qeyd edib. Azərbaycanda keçirilən “Bakutel” sərgi konfransı ilə bağlı fikirlərini də bölüşən Möhsün Pakayin İran şirkətlərinin burada milli pavilyonla təmsil olunmasının ölkələrimiz arasında əməkdaşlığın gələcək inkişafında səmərə verə biləcəyini,  növbəti illərdə ölkəmizdə keçiriləcək bu tipli sərgilərdə iranlı şirkətlərin də səfirlik vasitəsilə dəvət olunması ilə bağlı arzusunu bildirib.

Nazir Əli Abbasov da öz növbəsində İKT-nin müxtəlif istiqamətləri, o cümlədən də sərhəd bölgələrində mobil xidmətlərin düzgün tezliklərdə işlənməsi və s. sahələrdə səylərin artırılması, iqtisadi səmərəliliyin gücləndirilməsinin vacibliyinə diqqət çəkib, Azərbaycanın dünyanın bir sıra aparıcı ölkələri ilə birgə İKT sahəsi üzrə forumların təşkili təcrübəsini əsas götürərək, növbəti ildə “İKT üzrə İran-Azərbaycan Forumu”nun keçirilməsi təşəbbüsünü irəli sürüb.

Nazir həmçinin, İrandan Azərbaycana daxil olan mobil telefon şəbəkəsindəki problemlərlə əlaqədar İran tərəfinin xahişi nəzərə alınmaqla, yeni tarif siyasətinin həyata keçirilməsi üçün ölkəmiz tərəfindən təkliflər paketinin hazırlandığını, təkliflərin hər iki ölkənin mütəxəssisləri səviyyəsində baxılıb müzakirə edildikdən sonra bu problemin də aradan qaldırılacağına ümidvar olduğunu qeyd edib.




Baxış sayı: 748

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 İyun 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.

02 06 2020

02/06/20
Avropanın 5 şəhərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək

1,5 illik planlaşdırmadan sonra “FABULOS” şəhər avtobuslarının hərəkətinin avtomatlaşdırılması

02/06/20
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif

02/06/20
“Zoom” ödənişli tariflə şifrləmə texnologiyası reallaşdırır

“Zoom” video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla

02/06/20
“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib

“ZTE” şirkəti “MediaTek Dimensity 800” çipseti ilə təchiz edilmiş ucuz “Axon 11 SE

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye