12px13px15px17px
Tarix:01/12/12

2014-cü ilədək "LTE" şəbəkə abunəçilərinin sayı 2 dəfə artacaq

"Yankee Group" analitiklərinin proqnozuna görə, 2012-ci ilin sonunadək "4G" rabitə texnologiyası 65 dövlətdə işə salınacaq.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlər 2013-cü ildə "LTE" texnologiyasından təxminən 114 milyon abunəçinin istifadə edəcəyinə ümid edirlər, 2014-cü ilədək isə bu göstərici 2 dəfə artaraq 258 milyon abunəçi təşkil edəcək.

"Rabitədən istifadəyə tələbat günü-gündən artır, buna görə də operatorlar ciddi problemlərlə üzləşirlər. Onlar yeni infrastruktur sahəsinə investisiya yatırılması imkanını nəzərdən keçirirlər və "LTE" şəbəkələrin yayılması tempini ağır iqtisadi şəraitdə həyata keçirirlər" -  "Yankee"-nin analitiki Deklan Lonerqan (Declan Lonergan) bildirib. Ekspertin sözlərinə görə, operatorlar yeni şəbəkələrdən qazanc əldə edilməsinin yeni üsullarını axtarıb tapmalıdırlar, çünki "OTT" xidmətlərin provayderləri tərəfindən rəqabət artır.



EMİL




Baxış sayı: 1174

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024