12px13px15px17px
Tarix:01/12/12

Erik Martin: «Azərbaycanla İsveçrə arasında informasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur»

Ölkəmizin İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının həmsədri, İsveçrənin Federal İqtisadiyyat Departamentinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri səfir Erik Martin ilə görüş keçirib.

 Bu barədə "ICTnews" elektron xəbər xidmətinə XİN-in mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, görüşdə səfir E.Martin  ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirərək, Birgə Komissiyanın iqtisadi sahədə əməkdaşlığının genişləndirilməsi baxımından oynadığı müstəsna rolu xüsusilə vurğulayıb.

İdarə rəhbəri iki ölkə arasında enerji sahəsi ilə yanaşı, xüsusilə də informasiya texnologiyaları sahəsində mövcud olan geniş potensialdan istifadə edərək İsveçrə tərəfinin Azərbaycanla bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi əzmində olduğunu ifadə edib. Birgə Komissiyanın İsveçrə tərəfindən olan həmsədri Holcim başda olmaqla ölkəmizdə işləyən İsveçrə şirkətlərinin fəaliyyəti üçün yaradılmış şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Səfir Ə.Zeynallı iqtisadi sahədə ikitərəfli münasibətlərdə əldə edilən nailiyyətlərdən danışaraq gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib. İki ölkə arasında siyasi, iqtisadi və humanitar sahədə uğurla genişlənən münasibətlər haqqında məlumat verən səfir Azərbaycanla İsveçrə arasında siyasi sahədə yaranmış tərəfdaşlığın iqtisadi sahədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün münbit şərait yaratdığını bildirib.

Söhbət zamanı hər iki tərəf ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin və iki ölkə arasında geniş tərkibli biznes forumlarının təşkilinin vacibliyini ön plana çəkmiş və bu istiqamətdə lazımi tədbirlərin görülməsi razılaşdırılıb.

SEYMUR




Baxış sayı: 683

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024