12px13px15px17px
Tarix:01/12/12

İndiyədək təlimdən keçməyən fənn müəllimləri üçün İnformatika və Texnologiya fənn kurikulumu üzrə təlimlər təşkil olunacaq

Təhsil Nazirliyi yeni fənn kurikulumlarının tətbiqi işinin genişləndirilməsi ilə bağlı nəzərdə tutulmuş tədbirləri uğurla davam etdirir. Belə ki, 2013-2014-cü tədris ilində V və VI sinif şagirdlərinə dərs deyəcək və bu günədək təlimdən keçməyən fənn müəllimləri üçün təlimlərin keçirilməsi planlaşdırılır.

Artıq ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələri üzrə yeni fənn kurikulumları da hazırlanaraq təsdiqlənib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hazırda orta məktəblərin I-V siniflərində yeni fənn kurikulumlarının tətbiqi uğurla həyata keçirilməkdədir: “Qeyd olunan təlimlərin keçirilməsinə 2013-cü ilin iyunundan başlanacaq. 2013/2014-cü tədris ili üçün Aran və Lənkəran iqtisadi rayonlarının 5-ci və 6-cı sinif şagirdlərinə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün təlimlər digər fənlərlə yanaşı, ümumi orta təhsilin İnformatika və Texnologiya fənn kurikulumu üzrə də aparılacaq”.

Nazirlikdən qeyd edilib ki, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) çərçivəsində yeni ixtisasartırma modeli əsasında həyata keçiriləcək təlimlər yeni fənn kurikulumlarının tətbiqi sahəsində müəllimlərin nəzəri və praktik hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədinə xidmət edir.
 
HƏQİQƏT




Baxış sayı: 543

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2020

24 05 2020