12px13px15px17px
Tarix:01/12/12

Pedaqoji professionallığın informatik keyfiyyətini artırmadan İKT-nin təhsilə səmərəli tətbiqinə nail olmaq qeyri-mümkündür

Pedaqoji professionallığın informatik keyfiyyətini artırmadan informasiya-kommunikasiya texnologiyalarının (İKT) təhsil sisteminə səmərəli tətbiqinə nail olmaq qeyri-mümkündür. Bu səbəbdən müəllimlərin tək öz seçdikləri fundamental biliklər, pedaqogika və psixologiya sahəsində deyil, həm də informasiya sahəsində yenidən təlim alması olduqca aktuallaşır. “ICTnews” elektron xəbər xidmətinə bu barədə 2007-ci ildən etibarən “Mədəd Azərbaycan”da təlimçi kimi  Gülşən Babaşova məlumat verib.

Onun sözlərinə görə, yeni nəslin müəllimləri konkret öyrətdikləri fənnin struktur məzmununa və məqsədinə uyğun, uşaqların individual xüsusiyyətlərini nəzərə alan, şagirdlərin harmonik inkişafını mümkün edən texnologiyaları seçib tətbiq etməlidirlər. “Müəllim – şagird – dərslik” tədris modelinə kompüterin də əlavə edilməsi tədris prosesini individual proqram üzrə təşkil etməyə, uşağın tədrisə marağını və istəyini stimullaşdırmağa imkan verir: “Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə məktəb müəllimləri üçün pulsuz təlimlər keçirilir. 2005-ci ildən etibarən “Mədəd Azərbaycan”ın təşkil etdiyi təlimlərdə 37 regiondan olan 77000-dən çox müəllim iştirak edib. Bu isə Azərbaycanda təlimlər keçmiş müəllimlərin ümumi sayının 47 faizini təşkil edir.

“Intel® Gələcək üçün Təhsil” və “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” kimi təlim vəsaitləri vasitəsilə müəllimlər təlimlərdə şəxsiyyətyönümlü, interaktiv və inteqrativ tədris metodları haqqında nəzəri və təcrübi biliklər əldə edir. Müəllimlər bu təlimlərdən sonra dərs proseslərində həm hazır, həm də şəxsi işləmələrdən ibarət olan müxtəlif elektron təhsil resurslarından istifadə etmək və hazırlamağı öyrənirlər”.

Gülşən Babaşova qeyd edib ki, İKT-nin tədris prosesində tətbiqi nəticəsində şagirdin əsas mərkəzi fiqur olması təmin edilir, müəllim, əsasən, şagirdin köməkçisi, konsultantı, onun fərasətini və orijinal bacarığını qiymətləndirən, şagirdi aktivliyə, müstəqilliyə, təşəbbüskarlığa həvəsləndirən rolunda çıxış edir. İndi kompüterdə hazırlanmış təqdimat vasitəsilə dərsi uşaqlar üçün daha cəlbedici, maraqlı, rəngarəng və başadüşülən formada nümayiş etdirmək mümkündür. Əvvəl isə müəllim dərsi başa salmaq üçün lövhədə tabaşirlə yazmağa, şəkil çəkmək və ya plakatlar asıb-çıxarmaq kimi yorucu işlərə daha çox vaxt sərf edirdi: “Müasir informasiya və kommunikasiya texnologiyalarının təhsil sahəsində rolu böyükdür.

 Elektron resurslardan istifadənin şagirdlərin motivasiyasının artırılması, onların diqqətinin mərkəzləşdirilməsi, təhsilin fərdiləşdirilməsi imkanı, şagirdlərin materialı tez və dəqiq məlumat əldə etməklə mənimsəməsi və beləliklə, ümumilikdə dərsin səmərəliliyinin artırılması istiqamətində müsbət tərəfləri var. İKT-dən düzgün istifadə şagirdlərdə yaradıcı, analitik və tənqidi təfəkkürünün inkişafına xidmət edir. İKT vasitələri təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir. İKT-dən istifadə etməklə təhsildə uğurlu nəticəni isə biz dünya təcrübəsinə arxalanaraq xalqımızın milli maraq və xüsusiyyətlərini nəzərə almaqla müasir Azərbaycan təhsil modelini qurmaqla təmin edə bilərik”.
 
 
HƏQİQƏT




Baxış sayı: 949

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






02 İyun 2020

02/06/20
“Zoom” ödənişli tariflə şifrləmə texnologiyası reallaşdırır

“Zoom” video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla

02/06/20
“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib

“ZTE” şirkəti “MediaTek Dimensity 800” çipseti ilə təchiz edilmiş ucuz “Axon 11 SE

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye

01 06 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti