12px13px15px17px
Tarix:03/12/12

“SMS” 20 yaşını qeyd edir

Sürətlə dəyişən dünyamızda texnoloji nöqteyi-nəzərdən köhnəlmiş, lakin hələ də mövcud olan və insanları sevindirən bir neçə həll qalmaqdadır. Smartfonların müasir funksiyalarla təchiz edilməsinə baxmayaraq, 160 simvol uzunluğunda mesajlar bütün rabitə qurğularında əvvəlki kimi başlıca atribut olaraq qalır. "SMS" istifadəçilərin əksəriyyəti üçün əsas ünsiyyət vasitəsidir, insanlar sadə simvollar vasitəsilə emosiyasını, əhval-ruhiyyəsini və hisslərini digərinə çatdıra bilər.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "SMS"-in yaranma tarixi Danimarka ilə əlaqəlidir. Belə ki, 1984-cü ildə finlandiyalı mühəndis Matti Makkonen 2 həmkarı ilə Danimarkada yerləşən "pizzaxana"da keçirilmiş qeyri-rəsmi görüşdə "GSM" şəbəkələrdə qısa mesajlarla mübadilə sisteminin konsepsiyasını fikirləşmişdi. "GSM" o dövrdə sırf Skandinaviya standartı idi və yalnız bir neçə il sonra o, ümumavropa standartı kimi təsdiq edilib.

Qeyd edək ki, birinci rəsmi standartlaşdırılmış "SMS" mesaj 8 ildən sonra "Sema Group" standartlaşdırma təşkilatının mühəndisləri tərəfindən Britaniyanın "Vodafone" operatorunun iki ofisi arasında göndərilib. "SMS" mesaj sisteminin sınaq müddəti bir neçə həftə çəkdi və bundan sonra dünyada birinci sertifikatlaşdırılmış "SMS" mərkəz istifadəyə verilmişdi. "GSM Association"-ın məlumatına əsasən, hazırda dünyada il ərzində təxminən 7 trilyon qısa mesaj ötürülür və bu isə saniyədə təxminən 200 min "SMS" deməkdir.

"SMS" mesajlar 1995-ci ilədək populyar deyildi: o zaman azsaylı mobil rabitə istifadəçiləri 2,5 ay ərzində təxminən 1 mesaj göndərirdilər və ilk mobil telefonlar qısa mesajlar üçün yaxşı adaptasiya edilməmişdi. "Ericsson" şirkətindən verilən məlumata görə, 2000-2012-ci illər ərzində "SMS"-in populyarlığı artmağa davam edir və yalnız 2000-2002-ci illər ərzində "SMS" trafikin həcmi 20 dəfə artıb.

EMİL



Baxış sayı: 794

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024