12px13px15px17px
Tarix:03/12/12

BTRİB gündəlik nəzərdə tutulan işlər üzrə elektron nəzarət sistemi tətbiq edib

Hazırda Bakı Telefon Rabitəsi İstehsalat Birliyi üzrə bütün telefon rabitəsi və internet xidmətlərinin ödənişlərinin internet üzərindən, bankomatlar vasitəsilə və "paypoint" ödəniş sistemləri üzərindən aparılması təmin edilib.

Bununla yanaşı, yeni telefon çəkilişlərinə müraciət zamanı texniki arayışların verilməsi avtomatlaşdırılıb. Bu barədə məlumatı birliyin baş direktoru Beytulla Hüseynov verib. Onun sözlərinə görə, "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına uyğun olaraq artıq yeni telefon çəkilişi, nömrənin addan-ada dəyişdirilməsi, nömrədəyişmə, sürətli internetə qoşulma, servis xidmətlərinə qoşulma kimi elektron xidmətlər göstərmək (internet üzərindən) üçün qovşaqlarda cari inkişaf və texniki şöbələrin işləri avtomatlaşdırılıb.

Baş direktor həmçinin bildirib ki, birlik üzrə gündəlik işlərə nəzarət də tam elektronlaşdırılıb. Belə ki, gündəlik nəzərdə tutulan işlər, ümumi layihələrin icrası rəhbərliyin tam nəzarətindədir.

RƏVAN



Baxış sayı: 796

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024