12px13px15px17px
Tarix:03/12/12

“Facebook” "SMS-in qatili”ni satın almaq istəyir

“Facebook” sosial şəbəkəsi mətn mesajları ilə pulsuz mübadilə təklif edən “WhatsApp” messencerini satın almağı planlaşdırır. “TechCrunch” bloqunun məlumatına görə, şirkətlər saziş imzalanması imkanını müzakirə edirlər, lakin hələ ki heç bir razılıq əldə olunmayıb.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Facebook” sosial şəbəkəsinin “WhatsApp” messencerini satın almağı planlaşdırmasını onun ucuz telefon seqmentinə daxil olması və istifadəçi bazasını daha da artırmaq arzusu ilə izah etmək olar.

Bundan əvvəl şirkətin direktoru Mark Zukerberq “Facebook”un gələcəyinin mobil qurğulardan asılı olduğu ideyasını bildirmişdi. Rəsmi statistikaya əsasən, ay ərzində “Facebook”a 1 milyarddan çox insan daxil olur və onların 600 milyonu mobil telefon və ya smartfonlar vasitəsilə sayta girir.

Qeyd edək ki, “WhatsApp” messenceri “Facebook” istifadəçilərindən ibarət olan böyük auditoriyaya malikdir. “TechCrunch” bloqunun məlumatına görə, proqramdan hər gün təxminən 100 milyon insan istifadə edir.

EMİL



Baxış sayı: 673

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024