12px13px15px17px
Tarix:03/12/12

Sönmüş vulkanların 3D modeli qurulacaq

AMEA Geologiya İnstitutunun əməkdaşları ölkə ərazisində palçıq vulkanlarının monitorinqini keçirir. "ICTnews" elektron xəbər xidmətinə bu barədə institutdan məlumat verilib.

Qeyd edilib ki, ilk olaraq sentyabr ayında Lökbatan ərazisində püskürmüş palçıq vulkanında elmi araşdırmalara başlanılıb.

Araşdırmalar zamanı orada gedən geoloji proseslər, aktivlik dərəcəsi daha dəqiq ölçüləcək və seysmik aktivliyin bu vulkanlara təsiri müəyyənləşdiriləcək. Rusiyalı mütəxəssislərin də yaxından iştirak etdiyi monitorinq Abşeron, Qobustan və Şamaxı palçıq vulkanlarını əhatə edəcək, sonda institut tərəfindən sönmüş vulkanların 3D modelinin qurulması nəzərdə tutulub.

Bundan başqa, hazırda institutda dünya ölkələrinin palçıq vulkanlarının atlası da hazırlanır.

HƏQİQƏT



Baxış sayı: 1883

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024