12px13px15px17px
Tarix:04/12/12

Roma Papası XVI Benedikt də sosiallaşıb

Roma Papası XVI Benedikt "Twitter" sosial şəbəkəsində hesab açıb. Pontifikin niki ("@pontifex_it") tvitlərin göndəriləcəyi dildən asılı olaraq altından xətt çəkmə hissəsindən sonra dəyişəcək. "ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, Papanın tvitlərinin ərəb dili daxil olmaqla hələ ki 7 dildə dərc edilməsi nəzərdə tutulub.

Gələcəkdə tərcümələrin əlavə edilməsi yolu ilə Roma-katolik kilsəsi başçısının beynəlxalq auditoriyasını artırmaq güman edilir. Belə ki, Vatikan radiosu 80 dildə yayımlanır. XVI Benediktin ilk tviti (müraciəti) dekabrın 12-də dərc ediləcək.

Xatırladaq ki, Vatikan çoxdan bəri "xristian moizə"lərinin sərhədlərini genişləndirmək üçün yeni rabitə formalarını mənimsəyir.

EMİL



Baxış sayı: 912

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024