12px13px15px17px
Tarix:04/12/12

“İntel” çiplərini təkmilləşdirəcək

"İntel" korporasiyası "MacBook Air" noutbukunda və "Windows" ilə işləyən planşetlərdə tətbiq edilən "Ivy Bridge" mikroarxitekturasında hazırlanmış çiplərin enerji səmərəliliyini artıracaq. Şirkətin planları ilə tanış mənbənin "CNET"-ə verdiyi məlumata görə, "İntel" prosessorun təxminən 2 dəfə az enerji işlədəcək versiyasını hazırlayır.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, müasir "Ivy Bridge" mikro arxitekturasında istilikvermə (TDP) göstəricisi 17 vatt təşkil edir. Müqayisə üçün qeyd edək ki, rəqib "ARM" arxitekturasında hazırlanmış çiplərin istilikvermə gücü 2 vatt təşkil edir və bütün günü istifadəyə kifayət edir.

"İntel" (x86) arxitekturasında hazırlanmış prosessorlar o qədər səmərəli olmasa da, lakin çox güclüdür. Əgər "İntel" korporasiyası "Ivy Bridge"-in qənaətcil versiyasını yarada bilsə, onun həlli istehsalçılar üçün daha maraqlı ola bilər.

Qeyd edək ki, "Ivy Bridge" mikro arxitekturasını "Haswell" əvəz edəcək və o, enerjiyə 2 dəfəyə qədər qənaət edəcək. "İntel" prosessorlarının 4-cü nəslində "TDP"-nin səviyyəsi əvvəlcə 10 vatt təşkil edəcək.

Sonrakı konfiqurasiyaların daha enerji səmərəli olacağı gözlənilir.

EMİL



Baxış sayı: 525

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020