12px13px15px17px
Tarix:04/12/12

İnternet vasitəsilə qumar oyunları məsələsi İstanbulda müzakirə olunub

Türkiyənin İstanbul şəhərində Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Proqramı (TAİEX), Almaniya Federativ Respublikası Saksoniya Torpağının Baş Prokurorluğu və Türkiyə Respublikası Ali Apelyasiya Məhkəməsinin Baş Prokurorluğu tərəfindən təşkil olunmuş Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə üzrə Prokurorların 15-ci Beynəlxalq Forumu keçirilib.

Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, sözügedən foruma dünyanın 26 ölkəsindən yüksəksəviyyəli nümayəndə heyətləri qatılıb.

Tədbirdə Azərbaycanı Baş prokurorun müavini Namiq Əsgərovun rəhbərliyi ilə Baş prokurorun köməkçisi Elşən Albəndov və Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq hüquqi əməkdaşlıq və protokol xidmətinin rəhbəri İsmayıl Qayıbovdan ibarət nümayəndə heyəti təmsil edib.

Forumda beynəlxalq müstəvidə olan cinayətlərin təqibi, mütəşəkkil cinayətkarlığın təqibində texniki yardım, cənub-şərqdən Qərbi Avropaya siqaret qaçaqmalçılığı, Avropanın şərq və qərb marşrutları üzrə insan alveri, internet vasitəsilə qumar oyunları və idman oyunlarında dələduzluq elementləri mövzusunda məruzələr dinlənilərək müzakirələr aparılıb.

SEYMUR



Baxış sayı: 825

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024