12px13px15px17px
Tarix:05/12/12

“Mədəd” təlimçilərinin “İntel® Təhsil Proqramları” portalında qrupu yaradılıb

“Mədəd İntel® Təhsil Proqramları” çərçivəsində artıq Azərbaycandan olan təlimçilərin də “İntel® Educators Engage community”-də qrupu fəaliyyətə başlayıb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “Mədəd-Azərbaycan”dan məlumat verilib. 

Təşkilatdan bildirilib ki, “İntel Teach Azerbaijan, http://engage.intel.com/groups/intel-teach-azerbaijan” platforması təlimçilərə bir-biri ilə fikir mübadiləsi aparmaq, regionlardan olan təlimçilərin bir-birini tanıması, məlumatları paylaşması, uğurlu təcrübələrini bölüşməsi baxımından olduqca faydalıdır: “Bu cür şəbəkələşmə onların yalnız bilik və bacarıqlarını inkişaf etdirmək deyil, eyni zamanda virtual məkanda əməkdaşlıq, metodiki inkişaf və dünya üzrə yeniliklərlə daha intensiv şəkildə tanış olmalarına töhfə verəcək. Fəaliyyətdə olduğumuz sadəcə iki həftə ərzində qrupun aktiv üzvlərinin sayı 25 nəfəri ötüb. Cari ilin sonuna kimi bu rəqəmin 100-ə çatacağı və beləliklə daha çox təlimçiləri əhatə edəcəyi gözlənilir”.

Qeyd edək ki, “İntel® Gələcək üçün Təhsil” pedaqoqlara texnologiyadan səmərəli şəkildə istifadə etməklə 21-ci əsr təhsilinin daha da inkişaf etdirilməsinə yardım edən tədqiqatla təsdiq edilmiş, dünya üzrə peşəkar inkişaf proqramıdır.

Hesab edilir ki, bu, ən peşəkar müəllim hazırlayan uğurlu proqramdır. Proqramın sayəsində 40 ölkədə 5 milyondan artıq müəllim təlim keçib. Müəllimlər əsas diqqətlərini tələbələrin yüksəksəviyyəli təfəkkür bacarıqlarına yönəldərək digər müəllimlərdən öz dərs planlarına texnologiyanı necə, nə vaxt və harada tətbiq etməyi öyrənirlər. Onlar təhsildə tədris məqsədləri, dövlət və milli standartları nəzərə alınmaqla qiymətləndirmə vasitələrini və müqayisəli dərsləri yaratmaq üçün yeni yanaşmaları təcrübədən keçirirlər. “İntel® Gələcək üçün Təhsil” layihəsi Azərbaycanda 2006-cı ildən həyata keçirilir. 2008-ci ilin noyabr ayından “İntel Gələcək üçün Təhsil” təlim vəsaiti Təhsil Nazirliyi tərəfindən dəstəklənərək “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilir.

HƏQİQƏT



Baxış sayı: 1827

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024