12px13px15px17px
Tarix:05/12/12

“ASAN”-da rüsumlar internetlə ödəniləcək

"ASAN" xidmət mərkəzlərinin fəaliyyəti barədə məlumat əldə etmək çox asan formada həyata keçiriləcək. Mərkəzlərdə daim internetə açıq olan kompüterlər vasitəsilə vətəndaşlar bütün növ elektron xidmətlərdən yararlana biləcəklər.

"ICTnews.az" elektron xəbər xidməti bildirir ki, "Çağrı" mərkəzləri vasitəsilə vətəndaş mərkəzə gəlmədən internet və ya telefonla bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı təkliflərini bildirə bilər. Həmçinin, istifadəçilər "www. asanxidmet.az" saytı vasitəsilə ətraflı məlumat əldə edə biləcəklər.

Bununla yanaşı, mərkəzlərdə vətəndaşların məlumat əldə etməsini asanlaşdırmaq məqsədi ilə elektron lövhələr və işarələr yerləşdiriləcək. "ASAN" xidmət mərkəzləri ilə bağlı «YouTube»-dan da məlumat almaq mümkündür (http://www.youtube.com/watch?v=-onNFKGxQfY). Xidmət bildirir ki, "ASAN" xidmət mərkəzlərində servis müasir standartlara uyğun şəkildə qurulacaq.

Yəni vətəndaşların vaxtına qənaət edilməsi, onlara nəzakətli xidmət və davranış göstərilməsi, əvvəlcədən növbəyə yazılmaq, istifadə etmək istədiyi xidmət barədə əvvəlcədən məlumat almaq üçün bütün zəruri şərtlər mövcud olacaq. Belə ki, mərkəzlərdə Məlumat köşkü fəaliyyət göstərəcək. Vətəndaş bura müraciət edərək əldə etmək istədiyi sənəd üçün hansı şöbəyə və hansı sənədlərlə müraciət etməli olduğunu öyrənəcək və həmin şöbənin pəncərəsində elektron növbə əsasında gözləyəcək.

Növbə çatdıqda xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri təqdim edə və əldə etmək istədiyi sənədi qanunla müəyyən edilmiş müddətlərdə götürə bilər. Xidmət üçün qanunla müəyyən edilmiş ödənişlər yalnız bank şöbələri, ödəmə nöqtələri və ya internet vasitəsilə ödənilməlidir. Yəni vətəndaş nağd şəkildə əldən-ələ pul ödəməyəcək.

Bu da baş verəcək qeyri-qanuni hərəkətlərin qarşısını alacaq. Onu da bildirək ki, mərkəzlərdə rahat gözləmə zalı, kafelər və uşaqların oynaması üçün ayrıca yerlər olması da nəzərdə tutulub.

SEYMUR



Baxış sayı: 2430

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024