12px13px15px17px
Tarix:05/12/12

İKT üzrə ən yaxşılar mükafatlandırıldı

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı və telefon rabitəsinin yaranmasının 131 illiyi münasibətilə nazirlik tərəfindən elan edilən "İKT üzrə ən yaxşı elmi məqalə", "İKT üzrə ən yaxşı kitab", "Ən yaxşı elektron dövlət xidməti" müsabiqəsinin qalibləri, həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Birlik və müəssisələri arasında ən yaxşı internet resursu" nominasiyası üzrə mükafatlandırma mərasimi keçirilib. Müsabiqədə iştirak etmək üçün " aztelekom.org/iktmusabiqe" saytında qeydiyyatdan keçmiş nominantlar nominasiyalar üzrə materiallarını təqdim edib. Ümumilikdə müsabiqə iki mərhələdə keçirilib.

I mərhələdə nominantlara səsvermə
aztelekom.org saytından onlayn.

II mərhələdə nominantlar arasından qaliblər münsiflər heyəti tərəfindən (onlayn səsvermənin nəticələri nəzərə alınmaqla) müəyyən edilib.

Bu məqsədlə keçirilən tədbirdə çıxış edən nazir müavini Elmir Vəlizadə əlamətdar gün münasibətilə toplantı iştirakçılarını təbrik edib və ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sahəsində dinamik inkişaf müşahidə olunduğunu qeyd edib.

Nazir müavini əlamətdar gün münasibətilə nazirlik tərəfindən müxtəlif tədbirlərin, o cümlədən müxtəlif müsabiqələrin keçirildiyini bildirərək qaliblərə uğurlar diləyib. O, müxtəlif nominasiyalarda qalib gələn işlərin İKT-nin inkişafı istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Beləliklə, nəticələrə görə: "İKT üzrə ən yaxşı kitab" nominasiyası üzrə I yerə iki nəfər - "Noise technologies for minimization of damage caused by earthquakes" kitabının müəllifi akademik Telman Əliyev və "Naqilsiz rabitə texnologiyaları" kitabının müəllifi Elçin Gözəlov müəyyən edilib.

II yerə iki nəfər - "Telekommunikasiya texnologiyaları. İngiliscə-azərbaycanca terminoloji izahlı lüğət"in müəllifi Xankişi Kişiyev və "İnformasiya təhlükəsizliyinin təşkilati-hüquqi təminatı" kitabının müəllifi Zəfər Cəfərov.

III yerin qalibi "Kompüter və hesablama sistemlərinin arxitekturası" kitabının müəllifi Etibar Seyidzadə.

"İKT üzrə ən yaxşı elmi məqalə" nominasiyası üzrə I yerə iki nəfər - "Noice monitoring technology for objects in transition to the emergency state" məqaləsinin müəllifi Qəmbər Quliyev və "Алгоритмический подход к анализу модели обслуживания со скачкообразными приоритетами" məqaləsinin müəllifi Ağası Məlikov.

II yerə - "Оценка эффективности передачи мультимедийного трафика абонентским и сетевым терминалом" məqaləsinin müəllifi Bayram İbrahimov və "An analytical approach to the analysis of guard-channel-based call admission control in wireless cellular networks" məqaləsinin müəllifi Mehriban Fəttahov.

III yerə - "Проблема выбора стратегии реализации ИКТ-потенциала инновационных регионов: когнитивный анализ" məqaləsinin müəllifi Robert Qarayev.

"Ən yaxşı elektron dövlət xidməti" nominasiyası üzrə I yerə - "Kommersiya hüquqi şəxslərin e-qeydiyyatı" xidmətinin təklifinə görə Vergilər Nazirliyi.

II yerə - "Sığortaolunanlar tərəfindən məlumatların əldə edilməsi" xidmətinin təklifinə görə Dövlət Sosial Müdafiə Fondu

III yerə - "Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə alınması" xidmətinin təklifinə görə Dövlət Miqrasiya Xidməti.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Birlik və müəssisələri arasında ən yaxşı internet resursu" nominasiyası üzrə

I yer "Aztelekom" İB

II yer "Azərpoçt" MMC
 
III yer "Azərkosmos" ASC

Qaliblər RİTN-in diplomları, "Azercell", "Bakcell", "Ultra" və "BestCompGroup" şirkətlərinin qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

RƏVAN




Baxış sayı: 1593

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024