12px13px15px17px
Tarix:05/12/12

“Microsoft” sosial şəbəkəsini hamı üçün açıq etdi

"Microsoft" şirkətinin "Socl" sosial şəbəkəsində artıq hər kəs qeydiyyatdan keçə bilər. Dekabrın 4-dən etibarən "Facebook" və ya "Windows Live"-də hesabı olan istənilən şəxs bu layihəyə qoşula bilər.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "Socl" sosial şəbəkəsi 2011-ci ilin sonunda ABŞ-ın bir neçə ali məktəbi ilə "FUSE Labs" tədqiqat laboratoriyasının əməkdaşlığı çərçivəsində istifadəyə verilib.

Şirkət "Socl" social şəbəkəsini açıq axtarış sahəsində təcrübə adlandırıb və onu tələbələr və elmi işçilər üçün faydalı alət kimi qiymətləndirib. Onlar maraqlı veb-səhifələr tapa və bir-biri ilə paylaşa bilərlər. "Socl"-da dərc edilmiş bütün yazıları digər istifadəçilər görə bilərlər, lakin məxfilik sazlamalarını dəyişdirmək mümkündür.

EMİL



Baxış sayı: 774

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024