12px13px15px17px
Tarix:05/12/12

“Samsung”-un direktoru öz oğlunu müavini təyin edib

Cənubi Koreyanın "Samsung Electronics" şirkətinin direktorunun oğlu Cey Li direktorlar şurasının sədr müavini təyin edilib. Xatırladaq ki, Cey Linin atası Li Qon Xi artıq 25 ildir ki "Samsung" şirkətində şuranın sədri vəzifəsində çalışır.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, Cey Li bundan əvvəl şirkətdə əsas əməliyyat direktoru vəzifəsində çalışıb. "Röyters" agentliyinin adsız mənbələri "Samsung" şirkətinə bildirib ki, Cey Li şübhəsiz, atasının imperiyasının varisi olacaq.

Qeyd edək ki, "Samsung Group"-un əsası 1938-ci ildə Cey Linin babası Li Ben Çxol tərəfindən qoyulub. Onun ölümündən sonra uşaqları korporasiyanın varisi olublar, üçüncü oğlu Li Qon Xi isə direktorlar şurasına başçılıq etməyə başlayıb.

Hazırda qrupun əsas aktivi elektronika, kompüter və və məişət texnikasının istehsalı üzrə dünya liderlərindən biri "Samsung Electronics" şirkətidir.

EMİL



Baxış sayı: 792

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024